Bakıda 1-ci sinif şagirdi KORONAVİRUSDAN ÖLDÜ
Bakıda 1-ci sinifdə oxuyan 6 yaşlı uşaq koronavirusdan ölüb.
Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Həmin məktəbin direktor əvəzedicisi bildirib ki, şagird sentyabrın 22-dən 29-dək dərslərdə iştirak edib:
"Daha sonra uşağın anası məktəblə əlaqə saxlayaraq övladının COVID-19 virusuna yoluxduğunu və müalicə edildiyini bildirib.
Lakin məktəbə xəstəliklə bağlı hələ də sənəd və ya digər rəsmi məlumat təqdim edilməyib.
Azyaşlının nənəsi isə nəvəsində digər yan xəstəliyin olduğunu və bu səbəbdən də səhhətinin ağırlaşaraq vəfat etdiyini bildirib. O da məlum olub ki, azyaşlının ailə üzvlərinin hamısı sentyabrın sonlarında koronavirusa yoluxub". \\Publika.az
Tarix: 16 oktyabr 2021
Baxış: 244
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş