Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Deputat Siyavuş Novruzova ağır itki ÜZ VERDİ - FOTO

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov vəfat edib.
Bu barədə mərhum professorun qızı məlumat verib.
Onun sözlərinə görə, atası M.Novruzov 65 yaşında uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib.
M.Novruzov BDU-nun Türkologiya kafedrasında çalışırdı.
Qeyd edək ki, M.Novruzov 1956-cı il martın 28-də Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. 1973-1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.
1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə universitetin professoru idi.
Xatırladaq ki, M.Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır. \\Report

Siyavuş Novruzovun professor qardaşı vəfat edib

Tarix: 15 oktyabr 2021
Baxış: 277

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş