Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
İsraildən İNANILMAZ HƏMLƏ: İran ordusunun generalını qaçırdı


İsrail xüsusi xidmət orqanı olan “Mossad” İran generalını qaçırıb və dindirmə məqsədi ilə Afrika ölkələrindən birinə aparıb

Bu barədə “Rai Al Youm” məlumat yayıb.
Qeyd edilib ki, “Mossad”, 1986-cı ildə Livanda vrulan İsrail dənizçisi Ron Aradın taleyini və ölüm şərtlərini öyrənməyə çalışıb. Mətbu orqan iranlı generalın oğurlanmasının dəqiq tarixi açıqlamır. İsrail xüsusi xidmət orqanlarının ehtimallarına görə, o, dənizçinin taleyi haqqında nəsə deyə bilərdi.
Xatırladaq ki, bundan öncə İsrailin Baş naziri Naftali Bennet Knessetin qış sessiyasının açılışında çıxış edərək, Ron Aradın taleyi haqqında məlumat almaq məqsədilə xüsusi xidmət orqanlarının “cəsarətli əməliyyatı” haqqında danışıb.
Məlumata görə, əməliyyat Suriya ərazisində keçirilib.
Nəticədə, israillilər həmvətənlərinin taleyi haqqında nəsə öyrənmək cəhdləri uğursuz alınıb. Buna görə də, İran generalı dindirildikdən sonra azad edilib. \\Azerforum.com 
Tarix: 06 oktyabr 2021
Baxış: 223

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş