İrəvanda banka hücum edən Rusiya vətəndaşı saxlanılıb
Ermənistan mediası paytaxt İrəvanda banka hücum olması barədə məlumat yayıb. Kriminal saytlar hücumun Rusiya vətəndaşı tərəfindən həyata keçirildiyini yazıb.
"İrəvanda banka hücumla bağlı cinayət hadisəsi baş verib. Gecə 04: 30 -dan 05: 00 -dək Ermənistan Polisinin Əməliyyat İdarəsi Mərkəzinə Baqramyan prospektində olan banklardan birində həyəcan siqnalının işə düşməsi barədə məlumat daxil olub. Fotomüxbir Qaqik Şamşyanın sözlərinə görə, hadisə yerində gələn polis banka zərər vurmuş şəxsi zərərsizləşdirməyi bacarıb. Məlub ki, bank binasının pəncərələrini sındıran şəxs Rusiya Federasiyası vətəndaşı imiş"-,məqalədə yazılıb. \\Azvision.az
Tarix: 18 sentyabr 2021
Baxış: 237
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş