Kreml Azərbaycanı “düşmən” elan etməyə hazırlaşır? – SƏBƏB
Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq - AKP-dən mesaj
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
Türkiyədə nəhəng sərnişin təyyarəsi suda batdı - VİDEO
Türkiyənin Ədirnə vilayətində, Soros sahillərində nəhəng sərnişin təyyarəsi planlaşdırılmış şəkildə suda batırılıb. Məqsəd ərazidə turizmin inkişaf etdirilməsidir. Sahildən 1800 metr məsafədə “Airbus A330” tipli laynerin batırılması üçün təntənəli mərasim təşkil olunub. Layner 30 metr dərinliyə endirilib. REKLAMDaha ətraflı90 ton ağırlığındakı təyyarə Soros sahillərinə 6 TIR vasitəsi ilə gətirilərək, burda montaj-quraşdırma işləri aparıldıqdan sonra suya endirilib. Uzunluğu 60 metr olan bu təyyarə indiyədək turizmin inkişaf etdirilməsi məqsədi ilə batırılan ən böyük təyyarədir. Qeyd edək ki , layihə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) dəstəyi ilə həyata keçirilib. \\Oxu