Xəbər lenti
Reklam
Bakıda üç məzun dənizdə boğuldu - YENİLƏNİB + VİDEO
 


Buzovna çimərliyində üç məzunun dənizdə boğulması barədə məlumat vermişdik.
Suda boğulan gənclərdən birinin meyiti tapılıb. Ölən gəncin adının Rəhim olduğu bildirilir.
Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.
Həmin şəxslər 11-ci sinif məzunları olub.
Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.
Oğlanların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 146 saylı məktəbin məzunları olduğunu bildirilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:
“Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb . Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir”. \\ Oxu.Az

Tarix: 14 iyun 2019
Baxış: 532

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş