Suraxanı rayonunda dəhşətli hadisə baş verib, 25 yaşlı oğlan 58 yaşlı qadını zorlayıb.
Səhər saatlarında “102” xidmətinə zəng edən 58-yaşlı S.M. bildirib ki, naməlum şəxs bıçaqla hədələyərək, onu zorlayıb.
Onun sözlərinə görə, dünən axşam Bülbülə qəsəbəsində yaşayan qoca və kor atasına kömək etmək üçün onun yanına gəlib. Zorlayan şəxs saat 23:00 radələrində hasardan adlayaraq, evə daxil olub. Burada yaşlı kişinin olması da onu əməlindən çəkindirməyib. O, qadını elə qoca atasının yanında soyunmağa məcbur edib və iki dəfə iyrənc formada zorlayıb. Bədbəxt ata qışqırıb köməyə çağırsa da, qonşulardan heç kim cavab verməyib. Yəqin, eşitməyiblər...
Qurban dərhal polisə müraciət etməyib. O, zorlanmasını etiraf etməkdən utanıb. Əvvəlcə qadın yaxın qonşusuna zəng edərək, hər şeyi danışıb. Qonşu polisə müraciət etməyi məsləhət görüb və cinayətkarın cəzalandırılmalı olduğunu bildirib. Yalnız bundan sonra səhər saatlarında qadın polisə müraciət edib və zorlayan şəxsi təsvir edib.
Tezliklə əməliyyatçılar şübhəli şəxsin izinə düşüblər. Bu, yerli bərbər S.Babayevdir. İstintaq zamanı Babayev içkili olduğunu, etdiyi hərəkətlərdən xəbərsiz olduğunu deyib.
Hazırda Babayev barəsində həbs sanksiyasının tətbiqi məsələsi həll olunur. Faktla bağlı araşdırma davam edir. \\Vesti.az
11:01
Bakının Suraxanı rayonu ərazisində 57 yaşlı qadın oğlu yaşında gənc tərəfindən zorlanıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib.
Məlumata görə, hadisə Səttar Bəhlulzadə küçəsində baş verib.
Şikayətçi 1956-cı il təvəllüdlü S.V. bildirib ki, 1987-ci il təvəllüdlü M.M. tərəfindən cinsi təcavüzə məruz qalıb.
Hadisəni araşdırmaq müstəntiq Məmmədəli Süleymanova həvalə edilib. Hazırda şikayət əsasında araşdırmalara başlanıb.
10:23
Bakı şəhərində gənc qıza təcavüz edilib.
Bu gecə naməlum şəxs Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində Vüsalə adlı qıza hücum edərək ona təcavüz edib. O, bıçaqla Vüsalə adlı qızı hədələyərək zorlayıb. Qız dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.
Suraxanı rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, təcavüz faktı ilə bağlı polis əməkdaşları hadisə yerinə gediblər. \\Milli.az