Ermənilər Kəlbəcərdə ordumuza məxsus “Ural”ı vurub? - Rəsmi cavab
Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumata münasibət bildirib.
Nazirlikdən Gender.az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bildirilib ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.
Tarix: 02 avqust 2021
Baxış: 259
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş