Laçın dəhlizində ATIŞMA: Yaralanan var
Hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir.
Bu dəfə Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində, Laçın dəhlizinə yaxın ərazidə iki tərəf arasında atışma qeydə alınıb.
Hadisə sülhməramlı qüvvələrin Laçın dəhlizində qurduğu posta yaxın ərazidə baş verib.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, atışma zamanı azı 1 erməni hərbçi yaralanıb. Lakin Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan tərəfi arasındakı atışmaya müdaxilə etməyib.
Qeyd edək ki, hələlik hadisə barədə rəsmi məlumat verilməyib. \\Modern.az
Tarix: 26 iyul 2021
Baxış: 262
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş