Ermənilər Naxçıvanı yenidən ATƏŞƏ TUTDU
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub.
İyulun 19-u saat 17.00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. \\Unikal.org
Tarix: 19 iyul 2021
Baxış: 314
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş