Xəbər lenti
Reklam
Bağdadda bazarda güclü partlayış - 25 ölü, 47 yaralı

İraqın paytaxtı Bağdad şəhərində bazarda güclü partlayış baş verib.

Partlayış nəticəsində 25 nəfər həlak olub, 47 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, partlayış əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində olub.

Yerli hakimiyyət orqanları partlayışı terror aktı kimi dəyərləndirib.
Bildirilir ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib. Bundan əlavə, baş nazirin tapşırığı ilə partlayışın baş verdiyi rayonun federal polis qüvvələrinin komandanlarından biri həbs edilib.
Partlayışa görə məsuliyyəti hələki heç bir terror qruplaşması öz üzərinə götürməyib.///trend

Tarix: 19 iyul 2021
Baxış: 255

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş