Tanınmış müğənnimiz qəza törədib QAÇDI? - AÇIQLAMA
Müğənni Nigar Camal iki gün öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.
İfaçı bildirib ki, qəza baş verdiyi ərazini tərk etməsi əbəs yerə olmayıb:
“Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirtmişəm. Lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb. Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə, hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbiniz soyuyanda danışarıq. Qəza baş verən yerdə hər yer kameradır. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkə-çəkə qaçam. Şükür ki, hər şey yolundadır. Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu-keçdi. Bunu şişirtməyin yeri yoxdur. Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun. Hər hansı bir xəbəri mətbuat katibimlə dəqiqləşdirmək elə də çətin iş deyil”.
Qeyd edək ki, mətbuatda yazılanlara görə, ifaçı idarə etdiyi avtomobillə iki gün öncə "28 May" metrosu yaxınlığında "Toyota Prius" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb. \\Lent.az
Tarix: 03 iyul 2021
Baxış: 349
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş