Samuxda həkim SÜKAN ARXASINDA ÖLDÜ
Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Gəncə şəhərində diş həkimi işləyən 1985-ci il təvəllüdlü Loğman Əliş oğlu Abbasov dünyasını dəyişib.
İlkin məlumata əsasən, mərhum idarə etdiyi "Mercedes" markalı avtomobildə ürək tutmasından dünyasını dəyişib. Nəticədə maşının idarəetməni itirib və avtomobil hasara çırpılıb. Hadisə yerinə Samux rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.\\Axar
Tarix: 10 iyun 2021
Baxış: 355
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş