Rayon rəhbəri məşuqəsini boğaraq öldürdü
Moskvanın Ramenski rayonunun rəhbəri Andrey Kulakov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.İcra rəhbəri sevgilisi Yevgeniya İsayenkovanı öldürməkdə şübhəli bilinir. Qız boğularaq qətlə yetirilib. Kulakov cinayət törətməsini qəbul etmir.
Məlum olub ki, Andreyin həyat yoldaşı da onunla məşuqəsinin əlaqəsindən xəbərdar imiş və ərinə təzyiq göstərirmiş. Yevgeniyanın boğulduğu avtomobilində icra rəhbərinin DNT nümunələrinə rast gəlinib. Bundan başqa, poliqrafla yoxlamalar zamanı Kulakovun qətldə iştirakı təsdiqini tapıb. \\Qafqazinfo
Tarix: 01 iyun 2019
Baxış: 495
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş