Xəbər lenti
Reklam
Ağ Evin qarşısında dəhşət - özünü yandırdı-Foto/Video
Vaşinqtonda, Ağ Evin yaxınlığındakı “Ellips” parkında bir kişi özünü yandırıb.
İnsident mayın 29-da prezident Donald Tramp binada olarkən baş verib.
Sosial şəbəkələrdə yayılmış kadrlarda paltarı yanan kişinin Ağ Ev və Kapitoli arasında yerləşən abidənin yanında çəmənliyə yıxıldığı görünür.
Hadisə şahidi 17 yaşlı Alina Berzin CNBC-yə belə məlumat verib:
“O yeriyirdi, polislər gələndə isə yıxıldı. Ətrafdakıların hamısı, o cümlədən mən də şoka düşmüşdük”.
Berzinin sözlərinə görə, hadisə yerinə dərhal polislər, helikopter və yanğınsöndürən maşınlar gəlib.
Hadisə yerinə ilk gələn polislər və xüsusi xidmət orqanlarının əməkdaşları yanan kişiyə ilk yardım göstərib, hospitala aparıblar. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Parkda xidmət göstərən polisin söylədiyinə görə, həmin şəxs Merilend ştatının Betesda şəhər sakini Arnav Qupta olub.
Hadisənin səbəbi açıqlanmır. \\ Teleqraf.com




 
    
Tarix: 30 may 2019
Baxış: 403

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş