Daha bir erməni əsgəri ÖLDÜ
Ermənistan ordusunun daha bir hərbçisi ölüb.
Bu barədə Ermənistan Müdafiə nazirliyi məlumat yayıb.
Məlumata görə, 2001-ci il təvəllüdlü əsgər Mqer Ovannisyan odlu silahdan açılan atəş nəticəsində ölüb.
Onun meyiti mayın 25-də günorta saatlarında hərbi hissənin ərazisində tapılıb.
Qeyd edək ki, bu, son bir ayda üçüncü hadisədir. Erməni ordusundakı başıpozuqluq, anarxiya nəticəsində hərbi hissələrdə az qala hər gün intihar, qətl və atışma yaşanır. Dünən də Ermənistan MN 2002-ci il təvəllüdlü Mkrtç Ovannisyan adlı hərbçinin öldüyü ilə bağlı məlumat yaymışdı. Mayın 14-də isə erməni hərbçinin meyiti asılmış vəziyyətdə tapılmışdı. \\Axar
Tarix: 25 may 2021
Baxış: 296
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş