Ermənistan ordusunun əsgəri hərbi hissədə ÖZÜNÜ ASDI
Ermənistan ordusunun əsgəri asılmış vəziyyətdə aşkarlanıb.
Bu barədə Ermənistan mediası xəbər verir.
Məlumata görə, əsgərin meyiti xidmət etdiyi hərbi hissədə aşkarlanıb. Onun intihar etdiyi bildirilir. Hərbi qulluqçunun ad və soyadı açıqlanmır. Qeyd edilir ki, əsgər bu ilin əvvəllərində hərbi xidmətə çağırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb. Təhqiqatçılar hadisənin başvermə səbəbini araşdırırlar.
Qeyd edək ki, bu, son 10 gündə Ermənistan ordusunda qeydə alınan ikinci intihar hadisəsidir. Mayın 14-də hərbi qulluqçu, 2002-ci il təvəllüdlü Roman Baqdasaryanın meyiti asılmış vəziyyətdə aşkarlanıb. \\Report
Tarix: 24 may 2021
Baxış: 334
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş