Sünikdə zəhərlənənlərin sayı 445-ə çatdı
Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Sisian şəhərində içməli sudan zəhərlənənlərin sayı 445-ə çatıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 15-dən 17-nə kimi daha 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ümumilikdə isə içməli sudan zəhərlənənlərin sayı 445 nəfərə çatıb.
Məlumata görə, sakinlərin kütləvi zəhərlənməsindən sonra içməli sudan nümunələr götürülüb. Analizin nəticələri suyun keyfiyyətinin yaxşılaşdığını göstərsə də, bəzi məntəqələrdə lazımi kriteriyalara cavab verməyib.
Qeyd edək ki, Sisianda içməli sudan zəhərlənmə kütləvi şəkildə bağrsaq infeksiyasına səbəb olmuşdu. \\Axar
Tarix: 17 may 2021
Baxış: 332
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş