Xəbər lenti
Reklam
İsraildə sinaqoqun tribunası uçub, ölən və xəsarət alanlar var

Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. 

İsraildə Qüds yaxınlığındakı Qivat-Zeeve şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın uçması nəticəsində azı 1 nəfər həlak olub.
Bu barədə KAN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.
Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.
 \\Qazet.az

Tarix: 16 may 2021
Baxış: 301

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş