Qəbələdə partlayış: Ölən var
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1932-ci il təvəllüdlü Sabirə Səid qızı Mahmudova yaşadığı fərdi yaşayış evində qaz sobasını yandırarkən soba partlayıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 89 yaşlı S.Mahmudova Qəbələ Rayon Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./Report
Tarix: 04 may 2021
Baxış: 423
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş