Xəbər lenti
Reklam
“Azərsu” rəhbərinin kürəkəni içkili halda qəza törətdi, “pulum yoxdur” deyir – FOTO
                                          
“Azərsu” ASC nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Onun qəza zamanı içkili olduğu bildirilir.

Gender.az  Musavat.com-a istinadla xəbər verir ki, hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.


Turan Həsənzadənin hadisəni törədən zaman içkili olduğu məlum olub. T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək.


Lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. o bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək. Baş verən qəza ilə bağlı tərəflər arasında mübahisə davam edir. Mövzu ilə bağlı yeni təfərrüatları təqdim edəcəyik.


Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.

Tarix: 30 aprel 2021
Baxış: 316

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş