Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ukraynalı qadın Bakıdakı məşhur salonun solyarisində yandı – Açıqlama
 

Azərbaycana turist kimi gələn Ukrayna vətəndaşı məşhur solyari salonu olan “Megasun”da yanıq xəsarətləri alıb.

Hadisə solyari salonunun Səbail rayonu, Puşkin küçəsi, ev 10 ünvanında yerləşən filialında qeydə alınıb.
Belə ki, salona qaralmaq üçün müraciət edən Sikorsko Alla Fraçovnanın seans zamanı boynunun ön səthi, sinəsi, hər iki yuxarı və aşağı ətrafı yanıb.
O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Qadına birinci dərəcəli yanıq diaqnozu qoyulub.
Oxu.Az məsələ ilə bağlı “Megasun Solarium Studio” ilə əlaqə saxlayıb.
Onlar faktı təsdiqləyərək bildiriblər ki, Sikorsko Alla onların daimi müştərisidir:
“Yanvar ayından bu xanım bizim salonumuza gəlir və mütəmadi olaraq dərisini qaraltmaq üçün solyari prosedurundan istifadə edir. Ən son mayın 17-də, yəni altı gün öncə mərkəzimizdə olub.
Müştəri bizə müraciət edəndə öncə qeydiyyata alırıq. Daha sonra onun dərisinə uyğun solyari vaxtı təyin olunur. Əgər hər hansısa müştəri solyaridə daha çox qalmaq istəyirsə, buna müvafiq olaraq açılan anketə imza atır. Məsuliyyət isə onun boynunda qalır”.
Respublika Yanıq Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, qadın xəstəxanaya iki gün əvvəl müraciət edib:
“Axşam saatlarında sözügedən xanım mərkəzimizə müraciət edib. Həkim müayinəsi zamanı ona boyunun ön nahiyəsinin, sinə və hər iki yuxarı, aşağı ətrafların birinci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.
Xanım yalnız bir dəfə bizə müraciət edib və gecə ambulator şəraitdə müalicə aldıqdan sonra öz istəyi ilə evə buraxılıb”. \\Trend
Tarix: 23 may 2019
Baxış: 445

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş