Xocavənddə 24 yaşlı gənc faciəvi şəkildə öldü
Xocavənd rayonunda bədbəxt hadisə baş verib.
Gender.az Lent.az-a istinadən xəbər verir ki, Zaqatalanın Bəhmətli kənd sakini 2002-ci il təvəllüdlü Elgün Aydın oğlu Şamxalovun meyiti Xocavənd rayonu ərazisində elektrik transformatorunun yaxınlığında tapılıb.
İlkin araşdırmalar zamanı Xocavənd rayonuna işləməyə gələn E.Şamxalovun transformatora müdaxilə edərkən elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 03 sentyabr 2026
Baxış: 32
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş