Xəbər lenti
Reklam
Dövlət qurumunda 1700 işçi ÇIXARILDI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) işçilərinin sayı açıqlanıb.
Gender.Az xəbər verir ki, bu ilin yarımillik hesabatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin işçilərinin sayı 6 034 nəfər olub.
1-ci rübdə işçi sayı 6 315 nəfər təşkil edib ki, bu da rüblük müqayisədə 281 nəfərin azalması deməkdir.
Ötən ilin eyni dövrünə işçi sayı 7 719 nəfər olub ki, bu da illik müqayisədə 1 685 nəfərin azalmasıdır.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 22 oktyabr 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkili yolu ilə yaradılıb. Şirkət dənizlə yük və sərnişin daşımaları, eləcə də dənizdə neft-qaz əməliyyatlarına nəqliyyat və digər ixtisaslaşmış xidmətlər göstərir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 440,05 milyon manatdır./banker.az

Tarix: 04 sentyabr 2026
Baxış: 38

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş