Xəbər lenti
Reklam
Dietoloq qəhvənin gözlənilməz faydalarını AÇIQLADI

Qəhvənin bir sıra gözlənilməz faydalı xüsusiyyətləri var. Bunu nutrisioloq və preventiv dietoloq Viktoriya Kostrova bildirib.
Mütəxəssis bu barədə xarici mediaya açıqlamasında danışıb.
Onun sözlərinə görə, qəhvənin təbii acılığı və tərkibindəki kofein öd kisəsinin yığılmasını stimullaşdırır, ödün axıcılığını yaxşılaşdırır və durğunluğunun qarşısını alır. Bu isə həzmi, yağda həll olunan vitaminlərin mənimsənilməsini və bağırsaqların təmizlənməsi prosesini yaxşılaşdırır.
Kostrova qeyd edib ki, qəhvənin tərkibində iltihab və oksidləşdirici stresslə mübarizəyə kömək edən polifenollar və xlorogen turşusu da var.
Mütəxəssis əlavə edib ki, bu içkinin qəbulu alkoqolsuz yağlı qaraciyər xəstəliyi və metabolik sindrom riskinin azalmasına da kömək edə bilər. \\Redaktor.az


Tarix: 02 sentyabr 2026
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş