İş adamının Azərbaycandan çıxışına STOP QOYULDU
Məhkəmə dövlət büdcəsi və fondlara olan vergi borclarını ödəməyən biznesmen barədə qərar verib.
37 yaşlı Hindistan vətəndaşı Məhəmməd Harisə məxsus “Prana Lifestyle” MMC-nin dövlət büdcəsi, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 18 min 942 manat vergi borcu olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin borcların ödənməsi üçün dəfələrlə biznesmenə bildirişlər göndərsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə İdarə son olaraq, məhkəmədə Məhəmməd Harisin borcları ödəyənədək Azərbaycandan çıxışına qadağa qoyulması barədə iddia qaldırıb.
Məhkəmə bu qərarı təmin edib. Qərara əsasən, Məhəmməd Harisin 18 min 942 manat vergi borcunu tam ödəyənədək ölkədən çıxışına qadağa qoyulub. \\Nocomment.az
Tarix: 03 sentyabr 2026
Baxış: 38
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş