Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, xəsarət alan var
Ermənistan Baş Prokurorluğunun binası qarşısında polis əməkdaşları ilə etiraz aksiyasının iştirakçıları arasında toqquşmalar olub.
Bu barədə Report “News.am”a istinadən xəbər verir.
Qeyd edilir ki, etirazçılar binaya yumurtalar atıb. Bundan sonra polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
TASS agentliyi isə bildirib ki, aksiyaçılar polisə butılkalar atıb.
Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür.
Aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb.
Toqquşma zamanı polis əməkdaşlarından biri xəsarət alıb.
Tarix: 22 aprel 2021
Baxış: 354
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş