Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Göyçayda vəzifəli şəxslər SAXLANILDI

Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.
Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır. \\APA

Tarix: 17 aprel 2021
Baxış: 323

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş