Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Masallıda 66 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək öldürülüb - FOTO
Masallıda mübahisə 66 yaşlı kişinin ölümünə səbəb olub.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Kənd sakini, 1953-cü il təvəllüdlü Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov bir qrup şəxs tərəfindən döyülüb. Halı pisləşən kişini yaxınları Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, B.Rəhmanov yolda dünyasını dəyişib.
Məlumata görə, B.Rəhmanov şəxsi münasibətlər zəminində döyülüb. Belə ki, su kollektorunun üzərindən paybəlli torpaqlara keçid üçün istifadə olunan körpünün dağıdılması nəticəsində tərəflər arasında mübahisə yaranıb. “Qazel” markalı mikroavtobusla gələn 5 nəfər - Vəfadar, Elnur, Pərvin, Telman və İlham adlı şəxslər mal-qaranın onların torpaqlarına keçməsini əsas gətirərək körpünü dağıtmağa başlayıblar. Xəbər vermədən evinin qarşısında söküntü işləri aparanlara B.Rəhmanov mane olmağa çalışıb. Hadisə şahidlərinin sözlərinə görə, mərhum həmin şəxslər tərəfindən döş qəfəsi nahiyəsindən yumruq zərbələri alıb. Bu da sonradan onun ölümünə səbəb olub.
Mərhumun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təqdim edilib.
Faktın təfərrüatları rayon Prokurorluğu tərəfindən araşdırılır.
 
Tarix: 16 may 2019
Baxış: 398

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş