Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Yenə mina partlayışı: Dünən 1 kapitan, 1 gizir, bu gün isə 1 gizir minaya düşüb

Azərbaycanın bütün tələblərinə baxmayaraq, ermənilər mina basdırdıqları ərazilərin xəritəsini bizə vermək istəmirlər. Bu da Qarabağda canlı itkilərimizi artırır, məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması prosesini əngəlləyir. 

XİN dünən bu barədə rəsmi bəyanat yayaraq, beynəlxalq qurumları xəbərdar etmişdi.

Bəyanata görə, 10 noyabr Bəyannaməsindən sonra işğaldan azad olunmuş ərazilərdə mina partlayışları nəticəsində 14-ü mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.
 
Məsələni mürəkkəbləşdirən amillərdən biri də rus “sülhməramlı”larının erməni vəhşiliyini öz himayələri altına almasıdır. Nəticədə Azərbaycan ordusu düşmənə kaputilyasiya aktına imza atmağın nə demək olduğunu xatırlada da bilmir, bu da erməni separatçılarının özbaşınalığına rəvac verir.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatdan sonra da cəbhə bölgəsində minalar partlayıb. Bölgədən aldığımız məlumata görə, dünən həm Zəngilanda, həm də Qubadlıda sərhədçilərimiz minaya düşüblər. Zəngilanda DSX-nın hərbi maşınının minaya düməsi nəticəsində bir kapitan, Qubadlıda bir gizir yaralanıb. Bugünkü partlayışda isə DSX-nin yenə bir giziri ağır xəsarət alıb. \\Ovqat.com
 
Tarix: 05 aprel 2021
Baxış: 456

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş