Redaktor seçimi
    Yeni Klinikanın direktoru orqanlarını bağışladı
Xəbər lenti
Reklam
Ermənilər Xocalıda 2 min nəfərlik YENİ QƏSƏBƏ SALMAQ İSTƏYİR

Qarabağdakı qondarma separatçı rejimin tör-töküntülərinin rəhbərinin xüsusi məsələlər üzrə nümayəndəsi Boris Avakyan evsiz qalmış ermənilər üçün yeni qəsəbə tikintisi haqda danışıb.
Bu barədə Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
 
Məlumata görə, xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyanın da razılığıyla 2 min nəfərlik yeni qəsəbənin layihəsi bəyənlilib.
 
Separatçı rejimin qanunsuz "ərazi idarəetmə naziri” sayılan Ayk Xanumyan isə qəsəbənin Xocalı rayonunun "Noraqyux” adlandırılmış Təzəbinə kəndi yaxınlığında ayrılmış 10 hektar ərazidə tikilməsini təklif edib. \\Sfera

Tarix: 06 fevral 2021
Baxış: 383

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş