Xəbər lenti
Reklam
Mingəçevirdə təmir aparılan yolda iki maşın TOQQUŞUB 
Mingəçevirdə yol qəzası baş verib.
Hurriyyet.org xəbər verir ki, ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qələbə meydanında qeydə alınıb.
Meydanda yerləşən yol dairəsində aparılan təmir işləri yol-nəqliyyat hadisəsinə səbəb olub. “VAZ-2109” markalı avtomobil əks istiqamətdən gələn “Hyundai” markalı maşınla toqquşub. Hadisə “Hyundai” markalı avtomobilin sürücüsünün yol dairəsində təmirlə əlaqədar hərəkət istiqamətini səhv salması nəticəsində baş verib.
Qəza nəticəsində hər iki avtomobil, xüsusilə də “VAZ” ciddi zərər görüb. Sonuncunun sürücüsü toqquşmada yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 07 may 2019
Baxış: 458

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş