Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Hadrutda 72 erməni hərbçisi “Arabo” batalyonu kimi MƏHV EDİLİB

Ermənistan mətbuatı Vətən müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi daha bir əsgər haqqında məlumat yayıb.

Qarabağda məhv edilmiş Mais Avetumyan adlı erməni əsgər 4 il rəqs məktəbində oxuyub, sonra rejissorluq fakültəsində təhsil alıb.

"O, hərbi əməliyyat zamanı mühasirəyə düşərək məhv edilən Martuninin 7-ci taborunun 72 əsgərindən biri idi. Birinci Qarabağ müharibəsi zamanı Arabonun 72 nəfərlik dəstəsi izsiz şəkildə itmişdi. Yalnız illər sonra, Azərbaycanda yayılan videolardan birində onların meyitlərini tanımaq mümkün oldu. Qarabağda yeni müharibə zamanı - 11 oktyabrda Martuniyə aid tağımın eyni sayda əsgəri oxşar taleyi yaşadı. Onlar xüsusi bir əməliyyat üçün üç maşına mindirilib, Hadruta aparıldılar. Həmin gün Mais və dostları üçün ölüm günü oldu. Əsgərlərin cəsədlərinin çoxu yalnız 100 gündən sonra tapıldı. Düşmənin mühasirəsinə düşən oğlanlar bərabər olmayan döyüşə giriblərmiş", - deyə erməni KİV-ləri yazıb. (Azvision.az)
 
 
(Döyüşdə məhv edilən əsgər Mais Avetumyan)

Tarix: 03 fevral 2021
Baxış: 351

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş