Astarada 250 hektar ərazidə ağaclar məhv olur - FOTO
Astarada 250 hektar ərazidə ağaclar kütləvi şəkildə tələf olur.
Hurriyyet.org bildirir ki, oxu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Siyəkü və ətraf kəndlərində meyvə ağaclarında 1 həftədir ki, göbələk xəstəliyi yayılıb.
Əsasən naringi ağacları yuxarıdan aşağıya doğru sürətlə çürüyürlər. Belə getsə, gələn ilin sonuna kimi ağacların hamısı tələf olacaq. Bu vəziyyət kənd sakinlərini ciddi şəkildə narahat edir. Bu vaxtadək belə halla rastlaşmayan təsərrüfat sahibləri ağaclara vaxtı-vaxtında aqrotexniki qulluq göstərdiklərini və zərərvericilərə qarşı bütün tədbirləri gördüklərini qeyd edirlər.
Artıq müvafiq qurumlar tərəfindən nümunələr götürülüb və nəticələri gözlənilir.
Tarix: 06 may 2019
Baxış: 440
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş