Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Azərbaycanda dəhşətli hadisə: Qadınla kişinin meyiti hamamda tapıldı

Hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görən ər və arvad dəm qazından boğularaq vəfat ediblər.
Qusar rayonunun Qayakənd yaşayış məntəqəsində faciə baş verib.
Qayakənd sakinləri olan ər və arvad dəm qazından boğularaq dünyadan köçüblər. Hadisə yanvarın 28-dən 29-na keçən gecə baş verib.
Ər-arvadın cansız bədənlərini axşam saatlarında işlədiyi mağazadan evə gələn qızları Elvina Məmmədova görüb və tez qohumlarına və polisə məlumat verib. 
Hadisə  yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın dəm qazından boğularaq öldükləri qənaətinə gəliblər.
Qeyd edək ki, Məmmədovlar hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görürlərmiş. Bu gün oğullarının yanına gedəcəklərmiş.\\Oxu24

Tarix: 29 yanvar 2021
Baxış: 297

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş