Yanacaq daşıyan tanker partlayıb, 55 nəfər ölüb
Nigerin paytaxtı Niameydə hava limanı yaxınlığında yanacaq tankeri partlayıb.
Qəzada 55 nəfər ölüb.
Nigerin daxili işlər naziri Bazoum Muhammed bildirib ki, ötən gün axşam tanker park edərkən aşıb. Daşıdığı yanacağın sızdığını görən ətrafdakı insanlar onu borularla çəkməyə başlayıblar. Bu zaman əraziyə yaxınlaşan motosikletin motorundakı qığılcım partlayışa səbəb olub. \\Qafqazinfo
Tarix: 06 may 2019
Baxış: 455
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş