Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Hərbi helikopter QƏZAYA UĞRADI

Filippində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.
"Manila Bulletin" xəbər verir ki, hadisə Bukidnon əyalətinin dağlıq kəndlərindən birinin ərazisində baş verib. Qəza zamanı helikopterdə iki pilot, iki heyət üzvü və üç sərnişin olub, onların hamısı həlak olub.
Qeyd edilir ki, helikopter ordu briqadasının ehtiyatın təminatı üzrə missiyanı yerinə yetirirmiş.
Helikopter tamamilə dağılıb, hazırda qəza ərazisində axtarış əməliyyatı aparılır. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir. \\Modern.az

Tarix: 16 yanvar 2021
Baxış: 348

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş