Prokuror bacısını bıçaqlayana ağır cəza verilməsini istəyir
Bacısını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Məmmədovun barəsindəki hökmdən apelyasiya protesti verilib.
Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə protestin dəlilləri araşdırılıb. Prokuror N. Məmmədova ağır cəza verilməsini istəyir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il Xətai rayonu, Nazimov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Ə.Əhmədova qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb.
N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.\\ONA
Tarix: 24 aprel 2019
Baxış: 444
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş