Yerevanda atışma - “Ararat”ın qapıçısı qətlə yetirildi
Dünən axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma olub.
Ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər.
Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin “Ararat -2” futbol komandasının qapıçısı olduğu bildirilib.
Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir.
Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.\\News.am
Tarix: 16 aprel 2019
Baxış: 461
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş