Redaktor seçimi
    İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ
Xəbər lenti
Reklam
Qardaşı öləndən sonra onun arvadı ilə evlənib — Qızına qarşı da əxlaqsızlıq edib

Sabirabadda 14 yaşına çatmayan qardaşı qızına qarşı əxlaqsızlıq edən 1966-cı il təvəllüdlü Sədrəddin Qocamanovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, 60 yaşlı Sədrəddinin 2022-ci ildə arvadı öldükdən sonra mərhum qardaşının həyat yoldaşı ilə qeyri-rəmi nikaha daxil olub. Onlar arasında molla kəbini kəsilib. Bir müddət sonra isə Sədrəddin qardaşının əqli və fiziki inkişaf geriliyi olan 2014-cü il təvəllüdlü qızına qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb.

Sədrəddin azyaşlı qızının anasının 1-ci qrup gözdən əlil olmasından istifadə edərək, hər hansı müqavimətlə qarşılanmayacağını düşünüb. 

Daha sonra isə qadın Sədrəddinin əxlaqsızlıq hərəkətlərindən xəbərdar olub və bu barədə DİN-in 102 xidmətinə şikayət edib.

Toplanmış materiallarla Sədrəddin Qocamanovun cinayət əməli hərtərəfli sübuta yetirilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.(xitab 24.az)
Tarix: 15 sentyabr 2026
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş