Redaktor seçimi
    İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ
Xəbər lenti
Reklam
Vardanyan həbsxanadan oğurluqla məşğuldur

Ermənistanda Azərbaycanın Qarabağdakı mədəni irsini özünküləşdirməyə hesablanan yeni layihə yaradılıb.
Gender.az xəbər verir ki, yeni yaradılan platforma artsakhian.org saytı üzərindən fəaliyyət göstərəcək.
“Artsax mədəniyyətinin Rəqəmsal evi” adlanan qondarma layihə Qarabağdakı alban və türk irsinə aid dialekt, folklor, musiqi, mərasimlər, ənənəvi biliklər, eləcə də foto, video və audio materialları erməni iris kimi toplayacaq.
Layihə Ruben Vardanyanın təşəbbüsü ilə yaradılan “Biz – bizim dağlarımızıq” İnkişaf Agentliyinin təşəbbüsü və Qalust Gülbenkyan Fondunun dəstəyi ilə həyata keçirilib.
Xatırladaq ki, layihəni maliyyələşdirən hərbi cinayətkar Ruben Vardanyan Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum olunub./modern

Tarix: 15 sentyabr 2026
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş