Redaktor seçimi
    İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ
Xəbər lenti
Reklam
“Bəzi ölkələrdə tıxac o səviyyəyə çatır ki, sürücülər maşında yatırlar” — Elman Nəsirov

“Əvvəla onu qeyd edim ki, tıxac tək Azərbaycana, tək paytaxt Bakı şəhərinə xas problem deyil. Dünyanın istənilən meqapolisində oxşar situasiya yaşanır. Hətta bəzi ölkələrin paytaxtlarında tıxac o səviyyəyə gəlib çatır ki, sürücülər maşının mühərrikini söndürüb yatırlar və gözləyirlər ki, bir neçə saatdan sonra yollar açılacaq”.

Gender.az bildirir ki, bu sözləri “Sitat.info”ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, problemin aradan qaldırılması istiqamətində xeyli işlər görülüb:

“Təəssüflə qeyd edirik ki, paytaxt Bakıda da bu sahədə vəziyyət heç ürəkaçan deyil. Baxmayaraq ki, həmin problemin aradan qaldırılması istiqamətində xeyli işlər görülüb, bu qədər körpülər tikilib.

Məqsəd də odur ki, tıxac probleminin müəyyən səviyyədə həllinə nail olaq. Ancaq gözləntilər tam effekt verməyib. Müəyyən müsbət proseslər olub. Təsəvvür edin ki, bu körpülər tikilməsəydi, o zaman bu tıxac məsələsi hansı səviyyəyə gəlib çatardı”.

Deputat bildirib ki, iş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə bilər:

“Ona görə də indi belə təkliflər var ki, dövlət müəssisələrində, ümumiyyətlə, qurumlarda iş saatları dəyişdirilsin. Yəni hamı eyni saatlarda işə getməsin. Səhər saatlarında işə getməklə bağlı iki ay müddətinə bir eksperimentin keçirilməsi nəzərdə tutulur. Bununla da nəticə məlum olacaq”.


Tarix: 15 sentyabr 2026
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş