Xəbər lenti
Reklam
Bakının mərkəzində tualet DAVASI: Saxlanılan var
Bakının mərkəzində sanitar qovşaqdan istifadə etmək üstündə insident yaşanıb.
Hadisə gecə saatlarında Səbail rayonu, Xaqani bağının yaxınlığında qeydə alınıb.
35 yaşlı Qazaxıstan vətəndaşı Samir Piriyev (şərti adla) həmin ərazidə “Ayaqüstü pub”da pivə içəndən sonra sərxoş olub və obyektin tualetindən istifadə etmək istəyib. Lakin obyektin xanım administratoru tualetdə təmizlik işləri aparıldığı üçün onu sanitar qovşağa buraxmayıb. Bundan hiddətlənən Samir qadınla yüksək səslə mübahisə edib və nalayiq ifadələr işlədib. Ətrafda olanlar onu sakitləşdirməyə və qarşısındakının xanım olduğunu bildirməyə çalışsalar da, Samir buna məhəl qoymayıb. Hətta onu sakitləşdirmək istəyənlərdən birini əli ilə itələyib.
Ərazidə xidmətdə olan polis əməkdaşları faktla bağlı Samiri saxlayıblar və onun barəsində müvafiq protokol tərtib olunub.
Samir Piriyev ətrafda olan şəxslərə mübahisəyə qarışmamalarını bildirdiyini deyib. O, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə S. Piriyev 70 manat məbləğində cərimələnib.//Lent.az

Tarix: 13 avqust 2026
Baxış: 16

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş