Xəbər lenti
Reklam
Ermənistandan gələn təyyarə Bakı aeroportunda endi

Dekabrın 11-də İrəvandakı “Zvartnots” hava limanında Bakıya təyyarə reysinin olacağı barədə elanın verilməsi erməni sərnişinləri təəccübləndirib.
Erməni jurnalistlər belə bir reysin olub-olmadığını dəqiqləşdirmək üçün “Zvartnots” hava limanının mətbuat xidməti ilə əlaqə saxlayıblar.


“Zvartnots”un mətbuat xidməti İrəvandan Bakıya təyyarənin uçacağını təsdiqləyib:
“Bu, beynəlxalq təşkilatın sifarişi ilə həyata keçirilən çarter reysidir”, – deyə bildirilib.
Jurnalistlrə əvvəllər də Bakıya belə çarter reysinin olub-olmadığı ilə də maraqlanıblar.
“Bəli, əvvəllər də müxtəlif beynəlxalq təşkilatların sifarişi ilə Bakıya və Bakıdan İrəvana çarter reysləri həyata keçirilib”, – “Zvartnots”un əməkdaşı bildirib.
Qeyd edək ki, dekabrın 11-dəki təyyarə reysi yerli vaxtla saat 17:00-da gerçəkləşib.\\Xalq.az

Tarix: 11 dekabr 2024
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş