Redaktor seçimi
    Beynəlxalq konfrans iştirakçıları Şuşa türməsinə baş çəkdilər
Xəbər lenti
Reklam
Məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin SON DURUMU

Bu gün 15 yaşlı vətəndaş (kişi cinsli) hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Gender.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
"İxtisaslı həkim baxışından sonra müvafiq müayinələri aparılıb. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda deyilir.
Qeyd edək ki, Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Tarix: 05 dekabr 2024
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş