Yaponiyada güclü zəlzələ oldu
Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 34,3 min nəfərin yaşadığı Hirara şəhərindən 93 km şimal-şərqdə olub. Zəlzələ 40 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. \\Ölkə.az
Tarix: 30 noyabr 2024
Baxış: 50
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş