Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Bu, ölkəmizə qarşı dezinformasiya kampaniyasının növbəti nümunəsidir” – MEDİA

““EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır”.
Gender.Az
xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada deyilib.
Bildirilir ki, bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır:
“Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk.
Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq”.
Tarix: 09 oktyabr 2024
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş