Bələdiyyə sədrinin qızı atdan yıxılıb öldü - FOTOlar
Türkiyədə bələdiyyə sədrinin atdan yıxılan qızı ölüb.
Gender.Az lent.az-a istinadən xəbər verir ki, söhbət İsparta bələdiyyə sədri Şükrü Başdeğirmenin 34 yaşlı qızı Mürüvvet Başdeğirmendən gedir.
Belə ki, qadın keçən il may ayında Dərəgümü kəndindəki atçılıq fermasında özünəməxsus atı götürərək gəzintiyə çıxıb. O, bir anda müvazinətini itirərək yıxılıb. Bunu görən ferma işçiləri dərhal təcili tibbi yardıma müraciət ediblər.
Hadisə yerinə gələn həkimlər beyninə qan sızan qadına ilk yardım göstərdikdən sonra onu xəstəxana aparıblar. Lakin görülən tədbirlərə baxmayaraq, Mürüvvet Başdeğirmen bu gün, 1 il yarım sonra həmin xəstəxanada ölüb.
Məqaləyə dair fotomateriallar:
Tarix: 27 sentyabr 2024
Baxış: 59
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş