Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Türkcə danışan 3-cü sinif şagirdi cəzalandırıldı – ŞOK SƏBƏB
Məktəbdə türkcə danışan 3-cü sinif şagirdi cəzalandırılıb.
Hadisə Almaniyada tənəffüs vaxtı sinif yoldaşı ilə türk dilində danışan azyaşlının başına gəlib.
Cəza olaraq isə 3-cü sinif şagirdi "Biz niyə alman dilində danışırıq" adlı inşa yazmalı olub. İnşada "Almaniyada rəsmi dil Alman dilidir. şagirdlər almanlardır. Biz türkcə danışanda bizi başa düşmürlər. Alman dilini daha yaxşı öyrənə bilmək üçün ana dilimizdə danışmağımız lazım deyil" cümlələri yer alıb.
Qızın valideynləri ayrı-seçkilikdən şikayət edərək nəzarət orqanlarına şikayət ediblər. Onlar bildiriblər ki, qızlarının sinifdən kənarda türk dilində danışmağın qadağan olunduğunu başa düşmürlər və bu məktəb nizamnaməsi ilə tənzimlənmir.
Vurğulanıb ki, müəllim razılaşdırılmamış qaydalara istinad edir, çünki məktəbdə miqrantların uşaqları 43 faiz təşkil edir.
Mədəniyyət Nazirliyi məsələ ilə bağlı açıqlama etməyib. \\News24
 
Tarix: 05 avqust 2020
Baxış: 453

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş