Gömrükçülərlə sərhədçilər arasında əlbəyaxa dava - Qazaxda insident
Dünən axşam saatlarında Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları arasında dava düşüb.
Dava Azərbaycan-Gürcüstan sərhəddindəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində baş verib.
Olaydan sonra Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov Qazaxa gedib. Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, hər iki qurum baş verənlərə görə məsuliyyəti bir-birinin üzərinə atır.
Mövzuya qayıdacağıq. \\Gununsesi.info
Tarix: 31 iyul 2020
Baxış: 397
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş